https://news.day.az/azerinews/1862388.html Qalliani İtaliya Futbol Federasiyasının prezidenti ola bilər İtaliya futbolunda idarəetmə böhranı yaşana bilər. İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Covanni Malaqo iyunda keçirilən seçkilərdə qazandığı qələbədən bir neçə ay sonra vəzifəsini itirmək riski ilə üzləşib. İdman.Biz "La Repubblica"ya istinadən xəbər verir ki, Malaqonun seçkilərdəki qələbəsinin ləğvi tələb olunur.

Qalliani İtaliya Futbol Federasiyasının prezidenti ola bilər

Azərbaycanca, 24 сентября 2026 20:34 (UTC +04:00) 222
Qalliani İtaliya Futbol Federasiyasının prezidenti ola bilər

İtaliya futbolunda idarəetmə böhranı yaşana bilər. İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Covanni Malaqo iyunda keçirilən seçkilərdə qazandığı qələbədən bir neçə ay sonra vəzifəsini itirmək riski ilə üzləşib.

İdman.Biz "La Repubblica"ya istinadən xəbər verir ki, Malaqonun seçkilərdəki qələbəsinin ləğvi tələb olunur.

Buna səbəb kimi apellyasiya müəlliflərinin diqqət çəkdiyi hüquqi ziddiyyət göstərilir. Bildirilir ki, səsvermə zamanı Malaqo formal olaraq FIGC-nin qeydiyyatda olan üzvü olmayıb. O, uzun illər ərzində İtaliyada bütün idman növlərinə cavabdeh olan İtaliya Milli Olimpiya Komitəsinə (CONI) rəhbərlik edib.

Mövcud vəziyyətdə Malaqonun istefasının gözlənildiyi qeyd olunur. İddialara görə, oktyabrın 6-dan 10-dək, milli komandaların oyunlarından dərhal sonra FIGC müvəqqəti olaraq xüsusi komissarın idarəçiliyinə verilə bilər.

Xüsusi komissarın əsas vəzifəsi yeni prezident seçkilərinin keçirilməsi üçün şərait yaratmaq olacaq. Bu halda İtaliya futbolunda federasiyaya rəhbərlik etmək üçün namizədlər arasında Adriano Qallianinin də adı çəkilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости