https://news.day.az/azerinews/1862243.html Bakıda bu tip mənzillər bahalaşır - QİYMƏTLƏR Bakıda kiçik sahəli, xüsusilə studio tipli mənzillərə tələbat artır və bəzi ərazilərdə belə mənzillərin 1 kvadratmetrinin qiyməti 4 000 manatı ötür.

Bakıda bu tip mənzillər bahalaşır - QİYMƏTLƏR

Azərbaycanca, 24 сентября 2026 11:33 (UTC +04:00) 234
Bakıda bu tip mənzillər bahalaşır

Bakıda kiçik sahəli, xüsusilə studio tipli mənzillərə tələbat artır və bəzi ərazilərdə belə mənzillərin 1 kvadratmetrinin qiyməti 4 000 manatı ötür.

Day.Az xəbər verir ki, Milli.Az-ın araşdırmasına görə, əmlak bazarında kiçik mənzillərə marağın əsas səbəbləri arasında məhdud büdcə, kirayə gəliri əldə etmək imkanı və mərkəzi ərazilərdə mənzil almaq istəyi dayanır.

Hazırda Bakı üzrə yeni tikililərdə mənzillərin 1 kvadratmetrinin median qiyməti təxminən 2 587 manat təşkil edir. 1 otaqlı mənzillərin median satış qiyməti 126 786 manat, 2 otaqlı mənzillərin median qiyməti isə 165 min manatdır.

Rayonlar üzrə qiymətlər isə daha yüksək ola bilər. Yeni tikililərdə 1 kvadratmetrin median qiyməti Nərimanovda 3 278 manat, Nəsimidə 3 198 manat, Yasamalda 2 957 manat, Xətai rayonunda isə 2 877 manatdır.

Bu qiymətlərə əsasən, 30 kvadratmetrlik studio mənzilin qiyməti Nəsimi rayonunda təxminən 96 min manata çata bilər. 40 kvadratmetrlik mənzil üçün isə bu göstərici 128 min manata yaxınlaşır.

Bazarda daha yüksək qiymətli nümunələr də mövcuddur. 28 May metrosu yaxınlığında 62 kvadratmetrlik studio mənzil 254 min manata, yəni 1 kvadratmetri 4 100 manata təklif edilir.

Bunun əksinə, Masazırda 44 kvadratmetrlik studio mənzil 82 min manata satışa çıxarılıb. Burada 1 kvadratmetrin qiyməti 1 860 manat təşkil edir.

Əmlak bazarı üzrə müşahidələr göstərir ki, studio mənzillərin qiymətinə yalnız sahə deyil, yerləşmə yeri də ciddi təsir göstərir. Metro stansiyalarına, iş mərkəzlərinə və universitetlərə yaxın ərazilərdə kiçik mənzillərə tələbat daha yüksəkdir.

Digər mühüm amil isə bu mənzillərin investisiya məqsədilə alınmasıdır. Nisbətən kiçik ilkin kapital tələb edən studio mənzillər kirayəyə vermək istəyən alıcılar üçün də maraqlı seçim hesab olunur.

Beləliklə, kiçik mənzilin ümumi qiyməti böyük mənzildən aşağı olsa da, mərkəzi ərazilərdə onun 1 kvadratmetrinin qiyməti kifayət qədər yüksək ola bilər.

Qeyd edək ki, göstərilən rəqəmlər əmlak elanlarında qeyd olunan satış qiymətləridir. Real satış zamanı tərəflərin razılaşmasından asılı olaraq yekun məbləğ fərqlənə bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости