Qazaxda dörd nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanılıb
Qazax rayonunda iki avtomobilin toqquşması nəticəsində dörd nəfər, o cümlədən iki uşaq ölüb, bir nəfər ağır xəsarət alıb.
Day.Az xəbər verir ki, hadisə noyabrın 18-də saat 20:00 radələrində baş verib. 1979-cu il təvəllüdlü İttifaq Müsədirovun etibarnamə olmadan idarə etdiyi "Opel Astra H" markalı avtomobil qarşıdan gələn, 1989-cu il təvəllüdlü Sənan Dəryahquluyevin idarə etdiyi "Tofaş" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində hər iki sürücü, eləcə də "Tofaş"ın sərnişinləri, 2018-ci il təvəllüdlü Güllər Dəryaquliyeva və Məhəmməd Mehtili hadisə yerində ölüblər.
Digər sərnişin, 1996-cı il təvəllüdlü Türkan Dəryahquluyeva ağır bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре