https://news.day.az/azerinews/1875282.html Prezident təqaüdü alanların sayı açıqlandı Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunan şəxslərin sayı açıqlanıb. Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, müxtəlif kateqoriyadan olan 407,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.

Prezident təqaüdü alanların sayı açıqlandı

Azərbaycanca, 18 ноября 2026 16:04 (UTC +04:00) 234
Prezident təqaüdü alanların sayı açıqlandı

Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunan şəxslərin sayı açıqlanıb.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, müxtəlif kateqoriyadan olan 407,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüdün məbləği aşağıdakı kimidir:

Fəxri adlara görə aylıq təqaüdlərin məbləği:

-  "Xalq" fəxri adı verilmiş şəxslər üçün - 300 manat;

- "Əməkdar" fəxri adı verilmiş şəxslər üçün - 200 manat.

Digər Prezident təqaüdləri:

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü - 1700 manat;

- Ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülən tələbələr üçün aylıq təqaüd - 350 manat təşkil edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости