Nişana görə bu küçəyə nə taksi gəlir, nə də başqa maşın - VİDEO
Nərimanov rayonu, Karvan küçəsində quraşdırılan "Dayanmaq qadağandır" nişanları sürücülərlə yanaşı, ərazidə fəaliyyət göstərən sahibkarların da narazılığına səbəb olub. 10 ildir təkər təmiri ilə məşğul olan Elçin Əzizov bildirir ki, nişanlardan sonra müştərilərin sayı azalıb, qazancı isə aşağı düşüb.
Day.Az xəbər verir ki, sahibkarın sözlərinə görə, sürücülər cərimələnmək qorxusu ilə avtomobillərini saxlamırlar. Ərazidə yaşayan sakinlər də parkinq problemi ilə üzləşdiklərini, şəxsi avtomobillərini saxlamaqda və taksi xidmətindən istifadə etməkdə çətinlik çəkdiklərini deyirlər.
Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, nəqliyyat sıxlığının qarşısını almaq üçün ərazidə dayanmaq qadağan edilib. Qurum parklanma məntəqələrinin yaradılmasının mümkün olmadığını, sürücülərin isə yalnız sərnişin mindirib-düşürə biləcəyini qeyd edib.
Ətraflı "ATV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре