https://news.day.az/azerinews/1874868.html Bakıda qarlı havalara hazırlıqla bağlı bir sıra rayonlarda müşavirələr keçirilib - FOTO Bakının Nərimanov, Binəqədi və Nəsimi rayonlarında qış mövsümündə qarlı hava şəraitinə hazırlıqla bağlı operativ müşavirələr keçirilib, kommunal xidmətlər və digər aidiyyəti qurumlar qarşısında konkret vəzifələr müəyyənləşdirilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Bakıda qarlı havalara hazırlıqla bağlı bir sıra rayonlarda müşavirələr keçirilib - FOTO

Azərbaycanca, 17 ноября 2026 09:56 (UTC +04:00) 261
Bakıda qarlı havalara hazırlıqla bağlı bir sıra rayonlarda müşavirələr keçirilib

Bakının Nərimanov, Binəqədi və Nəsimi rayonlarında qış mövsümündə qarlı hava şəraitinə hazırlıqla bağlı operativ müşavirələr keçirilib, kommunal xidmətlər və digər aidiyyəti qurumlar qarşısında konkret vəzifələr müəyyənləşdirilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq qış mövsümünə hazırlıq işləri davam etdirilir. Bu çərçivədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.

Görülən işlərə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər rayon üzrə məsul şəxslər təyin edilib. Onlar yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birlikdə hazırlıq tədbirlərinin gedişini və verilən tapşırıqların icrasını mütəmadi yoxlayırlar.

Nərimanov, Binəqədi və Nəsimi rayonlarında keçirilən müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, rayon rəhbərliyi, kommunal-təsərrüfat qurumlarının, idarə və təşkilatların, təhsil müəssisələrinin, digər aidiyyəti qurumların rəhbərləri, eləcə də özəl sektorun nümayəndələri iştirak ediblər. Müşavirələrdə hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.

Qeyd olunub ki, rayonlardakı hər bir qurum qış aylarında üzərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ həll etməyə hazır olmalıdır. Bununla yanaşı, ərazilərdə kifayət qədər duz və zəruri inventar ehtiyatı yaradılmalıdır.

Bildirilib ki, hər bir təşkilat mövsümə hazırlıq tədbirlərində fəal iştirak etməli, yağıntılar zamanı özünə bitişik ərazilərin qardan və buzdan təmizlənməsi üçün lazımi tədbirlər görməlidir. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların mövcud texnikasının da cəlb edilməsi qərara alınıb.

Müşavirələrdə rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü aparılıb, məsul şəxslərə müvafiq tapşırıqlar verilib. Həmçinin ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə və ictimaiyyət nümayəndələrinə qarlı günlərdə özlərinə aid ərazilərin təmizlənməsində fəal iştirak etmək çağırışı edilib.

  • Bakıda qarlı havalara hazırlıqla bağlı bir sıra rayonlarda müşavirələr keçirilib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости