https://news.day.az/azerinews/1875130.html Pik saatda bu istiqamətdə yaranan tıxac belə aradan qaldırıldı - VİDEO Həsən bəy Zərdabi prospekti, "Qələbə" dairəsi kimi tanınan yolda pik saatlarda yaranan nəqliyyat sıxlığı necə aradan qaldırıldı?

Pik saatda bu istiqamətdə yaranan tıxac belə aradan qaldırıldı - VİDEO

Azərbaycanca, 18 ноября 2026 09:41 (UTC +04:00) 271
Pik saatda bu istiqamətdə yaranan tıxac belə aradan qaldırıldı

Həsən bəy Zərdabi prospekti, "Qələbə" dairəsi kimi tanınan yolda pik saatlarda yaranan nəqliyyat sıxlığı necə aradan qaldırıldı?

Day.Az-ın məlumatına görə, paytaxtın Yasamal rayonu ərazisində, həm Əbdülvahab Salamzadə küçəsindən, həm də metronun "20 Yanvar" stansiyası istiqamətindən "Qələbə" dairəsinə, oradan isə Mətbuat prospektinə doğru hərəkət edən nəqliyyat vasitələri qarşıda nizamlanmayan piyada keçidinin olması səbəbindən pik saatlarda sıxlıqla qalırdılar.

Mövcud vəziyyət nəzərə alınaraq, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən müşahidə kameralarının imkanlarından, yerində baxış keçirməklə və simulyasiya proqramından istifadə edilməklə piyada və nəqliyyat vasitələrinin hərəkət intensivliyi təhlil olunub.
Nəticədə piyada keçidinin svetoforlarla nizamlanmasını təmin etmək məqsədilə 3 ədəd "L" və "A" tipli olmaqla piyada və nəqliyyat bölməli svetoforlar quraşdırılaraq istifadəyə verilib.

Bununla da, dairədən Mətbuat prospekti istiqamətində pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb, eyni zamanda piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости