https://news.day.az/azerinews/1875390.html Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq Nərə kürüsünün Azərbaycana idxalı zamanı tətbiq edilən gömrük tarifi dəyişdiriləcək. Trend-in araşdırmasına görə, 2030-cu il dekabrın 31-dək məhsulun gömrük dəyərinin 15 faizi həcmində rüsum tutulacaq, lakin bu məbləğ hər 1 kiloqram üçün 200 ABŞ dollarından az olmayacaq.

Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq

Azərbaycanca, 18 ноября 2026 20:27 (UTC +04:00) 224
Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq

Nərə kürüsünün Azərbaycana idxalı zamanı tətbiq edilən gömrük tarifi dəyişdiriləcək.

Trend-in araşdırmasına görə, 2030-cu il dekabrın 31-dək məhsulun gömrük dəyərinin 15 faizi həcmində rüsum tutulacaq, lakin bu məbləğ hər 1 kiloqram üçün 200 ABŞ dollarından az olmayacaq.

Belə ki, dəyişiklik hazır və ya konservləşdirilmiş balıq məhsulları, nərə balığı kürüsü və onun dənəciklərindən hazırlanmış əvəzedicilərlə bağlı tarif cədvəlində nərə kürüsünə aid sətri əhatə edir.

 

Nərə kürüsünün idxalı üzrə tarif dərəcəsi sütununda göstərilən 15 rəqəmi yeni şərtlə əvəz olunur. Qərara əsasən, 2030-cu il dekabrın 31-dək gömrük dəyərinin 15 faizi həcmində rüsum tətbiq ediləcək, lakin hər 1 kiloqram üçün ödəniləcək məbləğ 200 ABŞ dollarından az olmayacaq.

Qərarın bu müddəası sənədin dərc edildiyi 13 noyabr 2026-cı il tarixindən 90 gün sonra qüvvəyə minəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости