https://news.day.az/azerinews/1875358.html Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA Vəkillər Kollegiyası son günlər bəzi vəkillərin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı xəbərlərin müxtəlif media vasitələrində yayılmasına münasibət bildirib.

Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

Azərbaycanca, 18 ноября 2026 18:17 (UTC +04:00) 180
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə

Vəkillər Kollegiyası son günlər bəzi vəkillərin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı xəbərlərin müxtəlif media vasitələrində yayılmasına münasibət bildirib.

Kollegiyadan verilən məlumatda qeyd edilib ki, hər bir hüquqi proses cəmiyyət üçün maraq doğursa da, belə hallarda məlumatların ictimaiyyətə çatdırılması zamanı hüquqi və etik prinsiplərə, xüsusilə təqsirsizlik prezumpsiyasına və şəxsin Konstitusiya ilə təmin olunan hüquqlarına xüsusi həssaslıqla yanaşılmalıdır.

"Məhkəmənin qanuni qüvvəyə minmiş yekun hökmü olmadan şəxsin kriminal məzmunlu və onun hüquqi statusu və peşəkar nüfuzu baxımından müəyyən yanlış təsəvvürlərin yaranmasına səbəb ola bilən formada təqdim olunması ümumilikdə vəkilliyin nüfuzuna ciddi xələl gətirir", - məlumatda vurğulanıb.

Bildirilib ki, vəkillik fəaliyyəti öz mahiyyətinə görə hüququn aliliyinin, ədalət mühakiməsinin və insan hüquqlarının müdafiəsinin təmin edilməsinə xidmət edən mühüm hüquqi institutdur. Buna görə də vəkillərlə bağlı məlumatların yayılmasında hüquqi dövlət prinsiplərinə və təqsirsizlik prezumpsiyasına riayət olunması əhəmiyyətlidir.

 

Həmçinin qeyd edilib ki, hər bir şəxs barəsində aparılan araşdırma və digər prosessual məsələlər qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməli, yekun hüquqi qiymət isə yalnız səlahiyyətli məhkəmə tərəfindən verilməlidir.

"Ayrı-ayrı hallarla bağlı KİV-də yayılan məlumatlar bütövlükdə vəkillik institutunun nüfuzuna kölgə salmamalıdır. Vəkillik peşəsinin nüfuzu uzun illər ərzində formalaşmış hüquqi və ictimai dəyərlərə, peşəkarlığa, məsuliyyətə və insan hüquqlarının müdafiəsinə əsaslanır", - deyə bildirilib.

Məlumatda qeyd edilib ki, bu yüksək prinsiplər qorunmaqla həm hüquqi prosedurların obyektivliyi, həm də cəmiyyətə təqdim edilən məlumatların etik və hüquqi qaydalara uyğunluğu təmin olunacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости