https://news.day.az/azerinews/1862337.html Bu hallarda işə getmədən əməkhaqqı alma mümkündür Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, işçinin fiziki olaraq iş yerinə getmədən əməkhaqqı (və ya orta əməkhaqqı) alması tamamilə mümkündür və bu hallar Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə birbaşa tənzimlənir. Qanunvericiliyə görə işə gitmədən ödəniş almağın ən geniş yayılmış forması məzuniyyət hüququdur.

Bu hallarda işə getmədən əməkhaqqı alma mümkündür

Azərbaycanca, 24 сентября 2026 17:13 (UTC +04:00) 237
Bu hallarda işə getmədən əməkhaqqı alma mümkündür

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, işçinin fiziki olaraq iş yerinə getmədən əməkhaqqı (və ya orta əməkhaqqı) alması tamamilə mümkündür və bu hallar Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə birbaşa tənzimlənir.

Qanunvericiliyə görə işə gitmədən ödəniş almağın ən geniş yayılmış forması məzuniyyət hüququdur. Əmək Məcəlləsinin 111-ci və 140-cı maddələrinə əsasən, işçilərin hər il azı 21 təqvim günü ödənişli əsas məzuniyyət hüququ vardır. Bu müddət ərzində onların iş yeri, vəzifəsi və orta əməkhaqqı mütləq saxlanılır. Digər bir hal isə müvəqqəti əmək qabiliyyətinin itirilməsidir (xəstəlik bülleteni). İşçi xəstələndikdə, Əmək Məcəlləsinin 72-ci və əlaqədar maddələrinə uyğun olaraq üzrlü səbəbdən işə gəlmir və həmin müddət üçün ona qanunla müəyyən edilmiş qaydada müavinət (xəstəlik müavinəti) ödənilir. 

Bundan əlavə, işçinin heç bir təqsiri olmadan iş prosesinin dayandırılması və ya distant (məsafədən) iş rejimində çalışması zamanı da işə gitmədən maaş alınır. Əmək Məcəlləsinin 230-cu maddəsinə əsasən, müəssisədə işçinin təqsiri olmadan əməyin mühafizəsi qaydalarının pozulması səbəbindən iş dayandırıldıqda və ya təhlükəli şərait yarandıqda işçinin orta əməkhaqqı tam saxlanılır. Eyni zamanda, tərəflərin razılığı ilə əmək müqaviləsinə uyğun olaraq əmək funksiyasını öz evində (distant olaraq) yerinə yetirən şəxslərə də Məcəllənin 4-cü maddəsinə əsasən normal qaydada aylıq əməkhaqqı ödənilir.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости