https://news.day.az/azerinews/1862056.html Avtobusda bunu edənlər cərimələnəcək - Sürücü və sərnişinlərə XƏBƏRDARLIQ Azərbaycanda ictimai nəqliyyatdan, xüsusilə avtobuslardan istifadə zamanı həm sərnişinlərin, həm də sürücülərin riayət etməli olduğu hüquqi qaydalar mövcuddur. Bu qaydaların pozulması isə inzibati məsuliyyət yaradır.

Avtobusda bunu edənlər cərimələnəcək - Sürücü və sərnişinlərə XƏBƏRDARLIQ

Azərbaycanca, 23 сентября 2026 15:48 (UTC +04:00) 199
Avtobusda bunu edənlər cərimələnəcək

Azərbaycanda ictimai nəqliyyatdan, xüsusilə avtobuslardan istifadə zamanı həm sərnişinlərin, həm də sürücülərin riayət etməli olduğu hüquqi qaydalar mövcuddur. Bu qaydaların pozulması isə inzibati məsuliyyət yaradır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, sərnişinlər üçün ən geniş yayılmış qayda pozuntusu gediş haqqını ödəməməkdir. Qanunun 320.1-ci maddəsinə əsasən, müntəzəm şəhərdaxili və ya rayondaxili marşrutlar üzrə hərəkət edən avtobuslarda müvafiq qaydada ödəniş etmədən (biletsiz) getməyə görə sərnişinlər 20 manat məbləğində cərimə edilir. Şəhərlərarası və beynəlxalq marşrutlarda isə bu məbləğ pozuntunun növündən asılı olaraq 30-40 manatadək yüksəlir.

Sərnişinlərin avtobus daxilində ictimai asayişi və təhlükəsizliyi pozan digər hərəkətləri də qanunla birbaşa qadağan olunur və sanksiyaya cəlb edilir. Məcəllənin 322.0.4-cü maddəsinə əsasən, müntəzəm marşrutlar üzrə hərəkət edən avtobuslarda və ümumi istifadədə olan digər avtomobil nəqliyyatı vasitələrində tütün çəkilməsi (siqaret, qəlyan və elektron siqaret daxil olmaqla) qəti qadağandır. Bununla yanaşı, eyni maddənin müddəalarına görə, avtobuslarda daşınmasına yol verilməyən əşyaların (məsələn, tezalışan, partlayıcı, zəhərli maddələrin və ya digər sərnişinlərə mane olan iriqabaritli yüklərin) aparılması da hüquqi məsuliyyət yaradır. Bu növ qayda pozuntularına görə vətəndaşları 50 manat məbləğində inzibati cərimə gözləyir. 

Cərimə sanksiyaları təkcə sərnişinlərə deyil, hərəkət təhlükəsizliyini təmin etməli olan avtobus sürücülərinə də şamil edilir. Avtobus idarə edən şəxslərin sərnişinləri marşrut sxemi üzrə nəzərdə tutulmuş rəsmi dayanacaq məntəqələrindən kənarda mindirib-düşürməsi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri və sərnişindaşıma qaydaları ilə tənzimlənir. Sürücünün dayanacaqdan kənar sərnişin götürməsi və ya düşürməsi halı qeydə alındıqda, qaydanı pozan sürücü 100 manat məbləğində cərimə edilir. Həmçinin, avtobus hərəkətdə olarkən sürücünün mobil telefonu əldə saxlamaqla ondan istifadə etməsi də qanunun 342.6-cı maddəsinə əsasən 50 manat cərimə və inzibati balla nəticələnir.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости