https://news.day.az/azerinews/1861989.html Eyni küçə, fərqli tarif: Parklanmada sürücüləri çaşdıran məqam - VİDEO Sürücü parklanma üçün ödəniş etsə də, bir müddət sonra 18 manat məbləğində cərimə bildirişi alıb. Elektron protokolda inzibati xətanın yeri Sarayeva küçəsindəki 10948 nömrəli parklanma məntəqəsi kimi göstərilib.

Eyni küçə, fərqli tarif: Parklanmada sürücüləri çaşdıran məqam - VİDEO

Azərbaycanca, 23 сентября 2026 12:17 (UTC +04:00) 190
Eyni küçə, fərqli tarif:

Sürücü parklanma üçün ödəniş etsə də, bir müddət sonra 18 manat məbləğində cərimə bildirişi alıb. Elektron protokolda inzibati xətanın yeri Sarayeva küçəsindəki 10948 nömrəli parklanma məntəqəsi kimi göstərilib.

Day.Az-ın məlumatına görə, araşdırma zamanı məlum olub ki, küçənin müxtəlif hissələrində tariflər fərqlidir: bir ərazidə saatlıq ödəniş 70 qəpik, digər hissədə isə 30 qəpikdir. Sürücülər məntəqə sərhədlərinin və kodların aydın göstərilməməsinin çaşqınlıq yaratdığını bildirirlər.

Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Sarayeva küçəsinin müxtəlif hissələri fərqli tarif zonalarına daxildir. Buna görə də eyni küçədə fərqli ödənişlər tətbiq olunur. Məlumat lövhələrində göstərilən rəqəmlər tarif kodu deyil, parklanma məntəqələrinin nömrələridir və ödəniş məntəqənin aid olduğu tarif zonasına əsasən hesablanır.

Sözügedən halda sürücü tətbiqdə parklanmanı aktivləşdirsə də, avtomobilin faktiki dayandığı məntəqə əvəzinə eyni küçədəki başqa məntəqəni seçib. Nəticədə sistem həmin ərazidə ödənişin aktiv olmadığını müəyyən edərək cərimə tətbiq edib. Sürücülər məntəqə sərhədlərinin daha aydın göstərilməsini və tətbiqin yanlış seçim barədə əvvəlcədən xəbərdarlıq etməsini təklif edirlər.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости