Hansı peşələrə maraq daha çoxdur? - Gənclərin yeni seçimi - VİDEO
Bir vaxtlar peşə təhsili yalnız müəyyən sahələr üzrə alternativ seçim hesab olunurdusa, bu gün əmək bazarında vəziyyət dəyişib. İşəgötürənlər nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlara malik mütəxəssislərə də üstünlük verirlər. Bu səbəbdən peşə təhsilinə maraq ildən-ilə artır. Avtomobil təmiri ixtisası üzrə təhsil alan tələbələr də nəzəri biliklərlə yanaşı, real avtomobillər üzərində işləyərək peşənin incəliklərini öyrənir, müxtəlif servislərdə təcrübə qazanırlar.
Day.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, əmək bazarında avtomobil təmiri ilə yanaşı, qrafik dizayn, aşpazlıq, informasiya texnologiyaları, elektrik və elektronika ixtisaslarına da tələbat yüksəkdir. Bu sahələr üzrə ixtisaslı kadrlara ehtiyacın artması peşə təhsilinin əhəmiyyətini daha da artırır.
Beləliklə, müasir əmək bazarında diplomla yanaşı, praktiki bilik və bacarıqlar da mühüm rol oynayır. Peşə təhsili isə gənclərin əmək bazarına hazırlanmasında və onların gələcək məşğulluğunun təmin olunmasında vacib rol oynayır.
Ətraflı "İctimai TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре