Pentaqon İran münaqişəsində həlak olan ABŞ hərbçilərinin sayını açıqlayıb
ABŞ-nin İrana qarşı hərbi əməliyyatı zamanı həlak olan amerikalı hərbçilərin sayı Pentaqonun açıq məlumat bazasına əsasən 18-dən 19-a yüksəlib.Həlak olan hərbçinin kimliyini açıqlanmır.
Day.Az xəbər verir ki, "The Washington Post" (WP) qəzetinin məlumatına görə, söhbət Yaxın Şərqin ölkələrindən birinə uçan hərbi təyyarənin göyərtəsində vəfat edən qadın zabitdən gedir. Nəşrin qeyd etdiyi kimi, onun ölümü birbaşa döyüş əməliyyatları ilə bağlı olmayıb.
Daha əvvəl WP İranla münaqişədə həlak olan amerikalı hərbçilərin sayının rəsmi açıqlanan rəqəmdən çox olduğunu və ən azı 22 nəfər təşkil etdiyini bildirmişdi.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре