https://news.day.az/azerinews/1875848.html Kolleclərdə qiyabi təhsili distant təhsil əvəzləyəcək - Yeni qaydalar 2027-2030-cu illəri əhatə edən dövrdə, xüsusilə dövrün sonuna doğru kolleclərə qəbulun əsasən 11-ci sinif bazasından aparılması planlaşdırılır. 9-cu sinifdən qəbul isə peşə istiqaməti üzrə həyata keçiriləcək.

Kolleclərdə qiyabi təhsili distant təhsil əvəzləyəcək - Yeni qaydalar

Azərbaycanca, 20 ноября 2026 15:46 (UTC +04:00) 205
Kolleclərdə qiyabi təhsili distant təhsil əvəzləyəcək

2027-2030-cu illəri əhatə edən dövrdə, xüsusilə dövrün sonuna doğru kolleclərə qəbulun əsasən 11-ci sinif bazasından aparılması planlaşdırılır. 9-cu sinifdən qəbul isə peşə istiqaməti üzrə həyata keçiriləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili: Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə həsr edilmiş tədbirdə deyib.

O bildirib ki, eyni zamanda qiyabi təhsil forması mərhələli şəkildə tamamilə məhdudlaşdırılır və aradan qaldırılır.

"Bunun əvəzində 2027-2030-cu illər üçün ilkin layihədə hibrid-distant təhsil formasının işlənməsi və tətbiqinə başlanılması nəzərdə tutulub. Bu modelin əvvəlcə pilot layihə kimi ali təhsil müəssisələrində, daha sonra isə digər təhsil pillələrində mərhələli tətbiqi nəzərdən keçirilir.

9-cu sinifdən məhdudlaşdırmalar və qiyabi təhsilin ləğvi beynəlxalq təcrübə və müasir tələblərlə bağlıdır",- deyə o qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости