https://news.day.az/azerinews/1875756.html Bu küçədə hər axşam dava olur - SƏBƏB NƏDİR? - VİDEO Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 39D ünvanında yaşayan sakinlər binanın həyətinin avtomobillərlə zəbt olunmasından narazıdırlar. Day.Az xəbər verir ki, onların sözlərinə görə, əraziyə əsasən kənar avtomobillər park edilir, bu isə sakinlərin hərəkətini çətinləşdirir.

Bu küçədə hər axşam dava olur - SƏBƏB NƏDİR? - VİDEO

Azərbaycanca, 20 ноября 2026 11:29 (UTC +04:00) 276
Bu küçədə hər axşam dava olur

Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 39D ünvanında yaşayan sakinlər binanın həyətinin avtomobillərlə zəbt olunmasından narazıdırlar.

Day.Az xəbər verir ki, onların sözlərinə görə, əraziyə əsasən kənar avtomobillər park edilir, bu isə sakinlərin hərəkətini çətinləşdirir. Nəticədə təcili tibbi yardım avtomobillərinin həyətə daxil olması, uşaqların həyətdə oynaması və sakinlərin rahat gediş-gəlişi üçün ciddi maneələr yaranır.

Sakinlər bildirirlər ki, problem uzun illərdir davam edir. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, nəticə əldə olunmayıb. Bununla yanaşı, məhəllədaxili yolun bərbad vəziyyətdə olması da narazılığı artırır.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən yolun qurumun balansında olmadığı bildirilib. Xətai Rayon İcra Hakimiyyəti isə ərazinin asfaltlanması nəzərdə tutulan yollar siyahısına daxil edildiyini açıqlayıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ərazinin mütəxəssislər tərəfindən təhlil ediləcəyini və nəticəyə uyğun qərar veriləcəyini bildirib. Ekspertlər sakinlərin məsələ ilə bağlı rəsmi qaydada müraciət etməli olduğunu vurğulayırlar. Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi isə yanğın təhlükəsizliyi baxımından binalara giriş-çıxış yollarının bağlanmasının yolverilməz olduğunu xatırladıb. Sakinlər problemin tezliklə həll olunmasını və həyətə nəzarətin gücləndirilməsini istəyirlər.

Ətraflı "APA TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости