https://news.day.az/azerinews/1875759.html Bu oyun iqtisadiyyata böyük zərbə vuracaq - 1 milyard dollar itgi 13 illik gözləntidən sonra Rockstar Games tərəfindən hazırlanan GTA 6-nın təqdimatı dünya iqtisadiyyatına mümkün təsirləri ilə gündəmə gəlib. Day.Az xəbər verir ki, oyunun çıxışı ilə əlaqədar milyonlarla insanın iş və təhsil qrafikini dəyişəcəyi, bəzi şirkətlərin isə əməkdaşlarına xüsusi məzuniyyət verəcəyi gözlənilir.

Bu oyun iqtisadiyyata böyük zərbə vuracaq - 1 milyard dollar itgi

Azərbaycanca, 20 ноября 2026 11:39 (UTC +04:00) 231
Bu oyun iqtisadiyyata böyük zərbə vuracaq

13 illik gözləntidən sonra Rockstar Games tərəfindən hazırlanan GTA 6-nın təqdimatı dünya iqtisadiyyatına mümkün təsirləri ilə gündəmə gəlib.

Day.Az-ın məlumatına görə, oyunun çıxışı ilə əlaqədar milyonlarla insanın iş və təhsil qrafikini dəyişəcəyi, bəzi şirkətlərin isə əməkdaşlarına xüsusi məzuniyyət verəcəyi gözlənilir.

Hesablamalara görə, Avstraliyada işçilərin cəmi 1 faizinin məzuniyyət götürməsi bir gündə iqtisadiyyata 70 milyon Avstraliya dolları zərər vura bilər.

GTA 6 həyəcanı artıq şirkətlərin məzuniyyət siyasətinə də təsir edib. Yaponiyanın Pocket Pair şirkəti əməkdaşlarına oyunu rahat oynaya bilmələri üçün beş günlük xüsusi məzuniyyət verib. Logitech isə işçilərinə video oyunları oynamaq üçün bir günlük icazə təqdim edib.

ABŞ-da məhsuldarlıq itkisinin bir gündə 1 milyard dollara çata biləcəyi ehtimal olunur. Bununla belə, iqtisadçılar illik məzuniyyətlərin fərqli tarixlərdə istifadəsinin mütləq iqtisadi itki demək olmadığını bildirirlər.

Digər tərəfdən, GTA 6-nın satışa çıxarıldığı ilk həftədə ən azı 3 milyard 250 milyon dollar gəlir əldə edəcəyi proqnozlaşdırılır.

Mütəxəssislər qeyd edirlər ki, müasir video oyunlar artıq sadəcə əyləncə vasitəsi deyil, milyonlarla insanı bir araya gətirən və qlobal iqtisadiyyata təsir göstərən böyük sənayeyə çevrilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости