https://news.day.az/azerinews/1875949.html Bakıda villada qanlı hadisə - VİDEO Bakıda həkimin sürücüsünün Bilgəh qəsəbəsindəki villada bağban tərəfindən bıçaqlanması ilə bağlı yeni təfərrüat məlum olub. Day.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı qonşular danışıblar.

Bakıda villada qanlı hadisə - VİDEO

Azərbaycanca, 20 ноября 2026 22:28 (UTC +04:00) 180
Bakıda villada qanlı hadisə

Bakıda həkimin sürücüsünün Bilgəh qəsəbəsindəki villada bağban tərəfindən bıçaqlanması ilə bağlı yeni təfərrüat məlum olub.

Day.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı qonşular danışıblar.

Onların sözlərinə görə, Həsəğa Həsənovu bıçaqlamaqda şübhəli bilinən Zakir adlı şəxs hadisədən sonra ərazidən qaçıb, ev sahibi isə qonşulardan kömək istəyib.

Qonşular bildiriblər ki, hadisə iştirakçıları arasında əvvəllər hər hansı münaqişənin şahidi olmayıblar. Onların sözlərinə görə, tərəflərin münasibətləri yaxşı olub.

Qonşulardan biri baş verənləri belə təsvir edib:

"Hadisə təxminən saat yeddidən sonra baş verib. Hər ikisini tanıyırdım. Zakir adlı şəxs sakit, yaxşı adam idi. Burada həmişə bir-birimizlə söhbət edirdik. Vallah, ondan belə bir hərəkət gözləməzdim. Onların münasibətləri çox yaxşı idi. Həmişə həmin bağban maşınla gedib onu yuxarıdakı döngədə, avtobus dayanacağından götürərək evə gətirirdi. Aralarında belə mehriban münasibət var idi. Səhv etmirəmsə, həmyaşıd idilər".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости