https://news.day.az/azerinews/1862034.html Azərbaycanla bu ölkə arasında viza ləğv edilir Azərbaycan və Kolumbiya arasında ümumvətəndaş pasport sahibləri üçün vizadan qarşılıqlı azad olunma haqqında saziş imzalanıb. Day.Az xəbər verir ki, bu barədə Kolumbiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Azərbaycanla bu ölkə arasında viza ləğv edilir

Azərbaycanca, 23 сентября 2026 14:52 (UTC +04:00) 235
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir

Azərbaycan və Kolumbiya arasında ümumvətəndaş pasport sahibləri üçün vizadan qarşılıqlı azad olunma haqqında saziş imzalanıb.

Day.Az xəbər verir ki, bu barədə Kolumbiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, saziş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun kolumbiyalı həmkarı Omar Bula tərəfindən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüş zamanı imzalanıb.

"Bu saziş xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə və müxtəlif sahələrdə mübadilələrin inkişafı üçün yeni imkanların yaranmasəna töhfə verəcək", - səfirliyin məlumatında qeyd edilib.

Əlavə edilib ki, saziş pasport nümunələrinin və müvafiq nota verballarının qarşılıqlı mübadiləsi həyata keçirildikdən sonra qüvvəyə minəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости