https://news.day.az/azerinews/1862025.html Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat – 800-dən çox saxlanılan var Türkiyənin 36 vilayətində son 5 gündə kibercinayətkarlığa qarşı keçirilən əməliyyatlar zamanı 826 şübhəli saxlanılıb. Day.Az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat – 800-dən çox saxlanılan var

Azərbaycanca, 23 сентября 2026 14:38 (UTC +04:00) 182
Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat

Türkiyənin 36 vilayətində son 5 gündə kibercinayətkarlığa qarşı keçirilən əməliyyatlar zamanı 826 şübhəli saxlanılıb.

Day.Az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, saxlanılanlardan 444-ü barəsində həbs qətimkan tədbiri seçilib, 254 nəfər barəsində həbs qətimkan tədbiri ilə bağlı olmayan qətimkan tədbiri seçilib. Digər şübhəlilərlə bağlı araşdırmalar davam edir.

Əməliyyatlar qanunsuz mərc və qumar, onlayn uşaq pornoqrafiyası və təqibi, kiberdələduzluq, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması ilə bağlı həyata keçirilib.

Araşdırmalar nəticəsində şübhəlilərin qanunsuz mərc və qumar oyunları təşkil etdiyi, belə saytlarda pul köçürmələrinə vasitəçilik etdiyi, onların reklamını apardığı, vətəndaşların mobil bankçılıq və oyun hesablarına icazəsiz giriş əldə etdiyi, uşaq pornoqrafiyası məzmunu saxladığı və sosial media vasitəsilə dələduzluq etdiyi müəyyənləşdirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости