https://news.day.az/azerinews/1861795.html İnsanların bahalı telefon marağının səbəbi BİLİNDİ - VİDEO Cib telefonları artıq yalnız əlaqə vasitəsi deyil, bəzi insanlar üçün sosial status göstəricisinə də çevrilib. Son model və bahalı telefonlara sahib olmaq istəyi maddi imkanlardan asılı olmayaraq insanları kredit götürməyə və böyük məbləğdə borclanmaya sövq edir.

İnsanların bahalı telefon marağının səbəbi BİLİNDİ - VİDEO

Azərbaycanca, 22 сентября 2026 15:35 (UTC +04:00) 221
İnsanların bahalı telefon marağının səbəbi

Cib telefonları artıq yalnız əlaqə vasitəsi deyil, bəzi insanlar üçün sosial status göstəricisinə də çevrilib. Son model və bahalı telefonlara sahib olmaq istəyi maddi imkanlardan asılı olmayaraq insanları kredit götürməyə və böyük məbləğdə borclanmaya sövq edir. Şəhər sakinləri bunun əsas səbəbləri kimi fərqlənmək, dəbdən geri qalmamaq və başqalarından üstün görünmək istəyini göstərirlər.

Day.Az xəbər verir ki, sosioloq Nailə İsmayılovanın sözlərinə görə, bahalı telefon almaq hər zaman texnologiyaya maraqla bağlı deyil.

İnsanlar bu yolla cəmiyyətdə daha imkanlı və uğurlu görünməyə, sosial mediada formalaşan "ideal həyat" təsəvvürünə uyğunlaşmağa çalışırlar. Onun fikrincə, bu tendensiya insanların bir-biri ilə müqayisə aparmasına və nümayişkaranə istehlaka gətirib çıxarır.

Mütəxəssislər bildirirlər ki, texnologiyanın əsas məqsədi həyatı asanlaşdırmaqdır və telefon seçərkən şəxsi ehtiyaclar və maliyyə imkanları nəzərə alınmalıdır. Bahalı cihazın insanın sosial statusunu və ya nüfuzunu müəyyən etmədiyi vurğulanır. İstək və imkanlar arasında balansın qorunması isə ailə büdcəsinin lazımsız maliyyə yükündən qorunmasına kömək edə bilər.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости