https://news.day.az/azerinews/1861818.html Eyni məhsul, fərqli qiymət: Onlayn alış-verişdə qiymətlər niyə artır? - VİDEO Mağazalardan ənənəvi şəkildə alınan məhsullarla tətbiq və saytlar vasitəsilə sifariş edilən eyni məhsulların qiymətləri arasında fərq müşahidə olunur. Araşdırmamız zamanı məlum oldu ki, onlayn sifarişlərdə bəzi məhsullar daha baha qiymətə təqdim edilir.

Eyni məhsul, fərqli qiymət: Onlayn alış-verişdə qiymətlər niyə artır? - VİDEO

Azərbaycanca, 22 сентября 2026 17:11 (UTC +04:00) 182
Eyni məhsul, fərqli qiymət:

Mağazalardan ənənəvi şəkildə alınan məhsullarla tətbiq və saytlar vasitəsilə sifariş edilən eyni məhsulların qiymətləri arasında fərq müşahidə olunur. Araşdırmamız zamanı məlum oldu ki, onlayn sifarişlərdə bəzi məhsullar daha baha qiymətə təqdim edilir. Buna baxmayaraq, rahatlığı və vaxta qənaət etdiyi üçün çatdırılma xidmətlərinə tələbat artır.

Day.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qiymət fərqinin əsas səbəblərindən biri marketlərin müxtəlif onlayn platformalarla əməkdaşlığıdır.

Platformalar sifarişlərdən marketlərdən müəyyən faiz - bəzən 10, 15, hətta daha çox - komissiya alır. Bu isə məhsulların qiymətinə təsir göstərə bilər. Dövlət tərəfindən qiyməti tənzimlənən bəzi məhsullarda da onlayn və mağaza qiymətləri arasında fərq müşahidə edilir.

Ekspertlər hesab edir ki, platformalarda məhsulların mağaza və onlayn qiymətləri barədə istehlakçıya əvvəlcədən məlumat verilməsi daha şəffaf seçim imkanı yaradar. Alıcı mağazaya gedərək daha ucuz qiymətə məhsul almaqla, əlavə ödəniş qarşılığında evdən sifariş vermək arasında seçim edə bilər.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости