https://news.day.az/azerinews/1861786.html
Rusiyada ticarət mərkəzində yanğın - Ölən və yaralılar var
Rusiyanın Başqırdıstan bölgəsinin Sterlitamak şəhərində yerləşən "Solneçnıy" ticarət kompleksində güclü yanğın baş verib. Day.Az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb. İlkin məlumata görə, yanğından yeddi nəfər zərər çəkib, onlardan üçünün həyatını xilas etmək mümkün olmayıb.
Rusiyada ticarət mərkəzində yanğın - Ölən və yaralılar var
Rusiyanın Başqırdıstan bölgəsinin Sterlitamak şəhərində yerləşən "Solneçnıy" ticarət kompleksində güclü yanğın baş verib.
Day.Az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, yanğından yeddi nəfər zərər çəkib, onlardan üçünün həyatını xilas etmək mümkün olmayıb. Ticarət mərkəzindən 17 nəfər təxliyə edilib.
Hadisə şahidləri xilasedicilərin çağırışdan yarım saat sonra gəldiklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре