https://news.day.az/azerinews/1861452.html Vəfat edən şəxsin borcları silinə bilərmi? - Bu şəxs ödəməlidir Vəfat edən şəxsin bank borcu ilk növbədə onun miras qoyduğu əmlakı və ya krediti rəsmiləşdirərkən təyin olunmuş zamin və sığorta şirkəti tərəfindən ödənilməlidir.

Vəfat edən şəxsin borcları silinə bilərmi? - Bu şəxs ödəməlidir

Azərbaycanca, 21 сентября 2026 12:11 (UTC +04:00) 227
Vəfat edən şəxsin borcları silinə bilərmi?

Vəfat edən şəxsin bank borcu ilk növbədə onun miras qoyduğu əmlakı və ya krediti rəsmiləşdirərkən təyin olunmuş zamin və sığorta şirkəti tərəfindən ödənilməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən, mirası qəbul etmiş vərəsələr miras qoyanın borcları üçün onlara çatan miras payının dəyəri həcmində (yəni yalnız qalan əmlakın dəyəri qədər) məsuliyyət daşıyırlar. Əgər bank krediti götürülərkən müqavilədə zamin qeyd olunubsa, qanunvericiliyə görə həmin borcun ödənilməsi öhdəliyi birbaşa zaminin üzərinə düşür. Əgər vəfat edən şəxsin həyat sığortası varsa, Azərbaycan Mərkəzi Bankının müvafiq qaydalarına əsasən sığorta şirkəti borcu tam və ya qismən bağlayır. 

Bank borcu yalnız müvafiq hüquqi şərtlər yerinə yetirildikdə və ya borcun ödənilməsi imkanı tamamilə tükəndikdə silinə bilər. Bunun ən əsas şərti vəfat edən şəxsin vərəsələrinin [Mülki Məcəllənin] müddəalarına uyğun olaraq mirasdan rəsmən imtina etməsidir. Əgər vəfat edən şəxsin geridə qoyduğu heç bir daşınar və ya daşınmaz əmlakı (evi, maşını, bank hesabı və s.) yoxdursa və vərəsələr vərəsəlik hüququndan imtina ediblərsə, bankın borcu mərhumun ailə üzvlərindən tələb etmək hüququ yoxdur. Belə vəziyyətdə borc ümidsiz borc statusu alaraq bankın daxili ehtiyat fondu hesabına silinir.

Qanunvericiliyə görə, banklar vəfat etmiş şəxsin yaxınlarından borcu məcburi qaydada tələb edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhinə əsasən, şəxsin ölümü ilə onun öhdəlikləri vərəsəlik qəbul edilmədiyi təqdirdə ailə üzvlərinə avtomatik keçmir. Vərəsələr vərəsəlik müddəti ərzində mirası qəbul etdikdə belə onlardan geridə qalan əmlakın dəyərindən daha artıq məbləğdə borc ödənişi tələb oluna bilməz. Miras əmlakı olmadıqda, bankların ailə üzvlərinə təzyiq göstərməsi qanunsuzdur və vətəndaşlar bu növ hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. 

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости