https://news.day.az/azerinews/1861178.html Telefon bədənimizi dəyişir? Uzunmüddətli istifadənin gizli təhlükələri - VİDEO Smartfon və kompüterdən uzun müddət, xüsusilə də yanlış vəziyyətdə istifadə etmək boyun, çiyin və kürək əzələlərinə əlavə yük yarada bilər. Başın uzun müddət önə əyilməsi boyun nahiyəsində gərginlik, ağrı və duruş pozuntularına səbəb ola bilər. Eyni vəziyyətdə saatlarla oturmaq isə onurğada dəyişikliklərin yaranma riskini artırır.

Telefon bədənimizi dəyişir? Uzunmüddətli istifadənin gizli təhlükələri - VİDEO

Azərbaycanca, 19 сентября 2026 12:00 (UTC +04:00) 244
Telefon bədənimizi dəyişir?

Smartfon və kompüterdən uzun müddət, xüsusilə də yanlış vəziyyətdə istifadə etmək boyun, çiyin və kürək əzələlərinə əlavə yük yarada bilər. Başın uzun müddət önə əyilməsi boyun nahiyəsində gərginlik, ağrı və duruş pozuntularına səbəb ola bilər. Eyni vəziyyətdə saatlarla oturmaq isə onurğada dəyişikliklərin yaranma riskini artırır.

Day.Az xəbər verir ki, mütəxəssislər telefon və kompüterdən istifadə zamanı cihazın göz səviyyəsində və qol məsafəsində saxlanılmasını, belin düz tutulmasını tövsiyə edir.

Uzun müddət oturmaq əvəzinə hər 30-40 dəqiqədən bir ayağa qalxmaq, hərəkət etmək və kifayət qədər su içmək də vacibdir. Telefonu uzun müddət eyni əllə saxlamaq və baş barmaqla tez-tez yazışmaq əl və barmaq oynaqlarında gərginlik yarada bilər.

Smartfon bədənin formasını bir gecədə dəyişmir. Lakin hər gün saatlarla təkrarlanan yanlış duruş zamanla boyun, çiyin, kürək və əl nahiyəsində fiziki narahatlıqlara yol aça bilər. Buna görə düzgün oturuş, fasilələr və telefonun düzgün tutulması sağlamlığın qorunmasında mühüm rol oynayır.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости