https://news.day.az/azerinews/1861475.html ABŞ Azərbaycan iqtisadiyyatına investisiyalarını 47% artırıb 2026-cı ilin ilk 6 ayında Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycana birbaşa xarici investisiyalarının həcmi 131,566 milyon ABŞ dolları təşkil edib.

ABŞ Azərbaycan iqtisadiyyatına investisiyalarını 47% artırıb

Azərbaycanca, 21 сентября 2026 13:10 (UTC +04:00) 225
ABŞ Azərbaycan iqtisadiyyatına investisiyalarını 47% artırıb

2026-cı ilin ilk 6 ayında Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycana birbaşa xarici investisiyalarının həcmi 131,566 milyon ABŞ dolları təşkil edib.

Day.Az xəbər verir ki, Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamaya görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,073 milyon ABŞ dolları və ya 47 faiz çoxdur.

Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-dən reallaşan investisiyaların payı 3,6 faiz təşkil edib.

2025-ci ilin ilk 6 ayında Amerika Birləşmiş Ştatlarından Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 89,493 milyon ABŞ dollarına bərabər olub.

Bundan əlavə, bu ilin ilk yarımilində Azərbaycanın ABŞ-yə birbaşa xarici investisiyalarının həcmi 101,959 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 24,3 milyon ABŞ dolları və ya 31,3% artım deməkdir.

Hesabat dövründə Azərbaycandan birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-yə reallaşan investisiyaların payı 2 faiz təşkil edib.

Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcmi 3,667 milyard ABŞ dollarından çox olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 444,4 milyon ABŞ dolları və ya 13,8 faiz artım deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi təxminən 5 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,651 milyard ABŞ dolları və ya 3,7 dəfə çoxdur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости