https://news.day.az/azerinews/1872279.html Motosiklet və moped qəzalarının sayı artır - SƏBƏB NƏDİR? - VİDEO Moped və motosikletlər şəhər yollarında çevik nəqliyyat vasitələri hesab olunsa da, sürət həddinin aşılması, təhlükəli manevrlər və yol hərəkəti qaydalarının pozulması səbəbindən ciddi qəza riski yaradır.

Motosiklet və moped qəzalarının sayı artır - SƏBƏB NƏDİR? - VİDEO

Azərbaycanca, 5 ноября 2026 15:03 (UTC +04:00) 354
Motosiklet və moped qəzalarının sayı artır

Moped və motosikletlər şəhər yollarında çevik nəqliyyat vasitələri hesab olunsa da, sürət həddinin aşılması, təhlükəli manevrlər və yol hərəkəti qaydalarının pozulması səbəbindən ciddi qəza riski yaradır.

Day.Az xəbər verir ki, 2025-ci ildə bu nəqliyyat vasitələrinin iştirakı ilə 43 qəza baş verib, 12 nəfər ölüb, 36 nəfər yaralanıb. 2026-cı ilin ilk üç ayında isə 17 qəza qeydə alınıb, 7 nəfər həyatını itirib, 13 nəfər xəsarət alıb.

Son olaraq Gəncədə moped idarə edən 21 yaşlı gəncin avtomobil tərəfindən vurulması məsələni yenidən gündəmə gətirib. Sürücülər moped və motosikletlərin avtomobillər arasında təhlükəli manevrlər etməsindən, ara məsafəsini gözləməməsindən şikayətlənirlər. İkitəkərli nəqliyyat vasitələrinin sürücüləri isə bəzi avtomobil sürücülərinin güzgülərdən istifadə etməməsini və diqqətsizliyini qəzalara səbəb kimi göstərirlər.

Ekspertlər hesab edirlər ki, qəzaların azaldılması üçün qanunvericilikdəki boşluqlar aradan qaldırılmalı, nəzarət gücləndirilməli və təkrar qayda pozanlara qarşı daha sərt tədbirlər görülməlidir. Xüsusilə çatdırılma şirkətləri sürücülərin yol hərəkəti qaydaları və təhlükəsizlik biliklərini yoxlamalı, maarifləndirmə işləri artırılmalıdır.

Ətraflı "ATV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости