https://news.day.az/azerinews/1872262.html Metroda bunu edənlər CƏRİMƏLƏNƏCƏK Bakı Metropolitenində sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə daxili intizam qaydalarına riayət olunması mühüm şərtdir. Metrodan istifadə edən hər bir şəxs həm özünün, həm də digər sərnişinlərin təhlükəsizliyi üçün müəyyən edilmiş qaydalara və qadağalara əməl etməlidir.

Metroda bunu edənlər CƏRİMƏLƏNƏCƏK

Azərbaycanca, 5 ноября 2026 14:29 (UTC +04:00) 412
Metroda bunu edənlər

Bakı Metropolitenində sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə daxili intizam qaydalarına riayət olunması mühüm şərtdir.

Metrodan istifadə edən hər bir şəxs həm özünün, həm də digər sərnişinlərin təhlükəsizliyi üçün müəyyən edilmiş qaydalara və qadağalara əməl etməlidir. Bu qaydaların pozulması ictimai asayişin və texniki sistemlərin fəaliyyətinə maneə törətdiyi üçün İnzibati Xətalar Məcəlləsinə və daxili təlimatlara əsasən müxtəlif məbləğlərdə pul cərimələri ilə nəticələnir. 

Belə ki, qatar daxilində və stansiyalarda ən çox rast gəlinən qayda pozuntuları birbaşa maddi sanksiyalarla tənzimlənir. Məsələn, qoruyucu sürahilərin (tutacaqların) üstünə əşya qoyulması sərnişinlərə 20 AZN, bu sürahilərin çıxarılması və ya zədələnməsi isə 50 AZN cərimə ilə nəticələnir.

Bundan əlavə, fövqəladə hal olmadan qatardakı "STOP" açarından əsassız istifadə edilməsi qatarın hərəkət qrafikinə təsir etdiyi üçün 50 AZN, eskalatorlara tullantı atılması və ya üzərinə müxtəlif yazıların yazılması kimi vandallıq halları isə ən yüksək məbləğlə, yəni 200 AZN cərimə ilə cəzalandırılır. Bu növ ciddi nəzarət mexanizmləri metrodakı ümumi mədəniyyətin qorunmasına və bədbəxt hadisələrin qarşısının alınmasına xidmət edir.

Nəsimi Ələsgərli 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости