https://news.day.az/azerinews/1861549.html
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - FOTO
Hövsan qəsəbəsində, "SOCAR torpaqları" kimi tanınan ərazidə ilanların olduğu bildirilir. Day.Az bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı qəsəbə sakinləri Hövsanlı bağlı müstəqil fəaliyyət göstərən sosial media səhifəsinə yazıblar.
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - FOTO
Hövsan qəsəbəsində, "SOCAR torpaqları" kimi tanınan ərazidə ilanların olduğu bildirilir.
Day.Az bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı qəsəbə sakinləri Hövsanlı bağlı müstəqil fəaliyyət göstərən sosial media səhifəsinə yazıblar.
Sakinlərin sözlərinə görə, Hövsan Yaşayış Kompleksinin yaxınlığında stadion tikintisi aparıldıqdan sonra ərazidə gürzə olduğu ehtimal edilən ilanlar müşahidə olunub.
Sakinlər xüsusilə uşaqların və yaşlı insanların təhlükəsizliyindən narahat olduqlarını bildiriblər. Onlar ərazidə çəkdikləri ilan fotolarını da səhifəyə göndəriblər.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре