https://news.day.az/azerinews/1861564.html Tüninq marağı olanlar bunu bilməlidir – Qaydalar necədir? Son vaxtlar avtomobillərdə edilən texniki və vizual dəyişikliklərlə bağlı sürücülər arasında müəyyən suallar yaranıb. Xüsusilə də zavoddan müəyyən komplektasiya ilə çıxan və ya sonradan müvafiq standartlara uyğun şəkildə əlavə avadanlıq quraşdırılan avtomobillərlə bağlı fərqli yanaşmalar sürücülərdə müəyyən narahatlıq yaradır.

Tüninq marağı olanlar bunu bilməlidir – Qaydalar necədir?

Azərbaycanca, 21 сентября 2026 17:54 (UTC +04:00) 202
Tüninq marağı olanlar bunu bilməlidir

Son vaxtlar avtomobillərdə edilən texniki və vizual dəyişikliklərlə bağlı sürücülər arasında müəyyən suallar yaranıb. Xüsusilə də zavoddan müəyyən komplektasiya ilə çıxan və ya sonradan müvafiq standartlara uyğun şəkildə əlavə avadanlıq quraşdırılan avtomobillərlə bağlı fərqli yanaşmalar sürücülərdə müəyyən narahatlıq yaradır.

Day.Az-a açıqlamasında uzun illərdir avtomobil sferasında fəaliyyət göstərən Hikmət Süleymanov deyib ki, bu məsələlərlə bağlı bəzi məqamlar tam aydın deyil.

O, qeyd edib ki, bəzi texniki dəyişikliklər və əlavə avadanlıqlarla bağlı konkret yanaşmaların necə tətbiq olunması sürücülər üçün həmişə aydın olmur.

"İlk öncə bildirim ki, hüquqşünas yox, sadəcə avtomobillərlə məşğul olan biriyəm. Son zamanlar məsələ ilə bağlı müəyyən narahatlıqlar yaranır. Məsələn, zavoddan sport yay və amortizatorla çıxan BMW M4 və ya M5 kimi avtomobillər var. Avtomobil öz istehsal xüsusiyyətlərinə uyğun olduğu halda, bəzən standartlarla bağlı məsələlərə görə sürücüdən həmin avadanlığın dəyişdirilməsi tələb olunur. Burada sürücü hansı tələblərin nəzərdə tutulduğunu dəqiq bilməlidir.

Misal üçün Amerikadan gələn BMW 5-ci seriya (F10) avtomobili üzərində müəyyən brendə məxsus kuzov detalı, spoyler və ya digər avadanlıq quraşdırılıb. Hətta həmin detalın konkret model üçün nəzərdə tutulduğu da üzərində göstərilə bilər. Bəzi hallarda isə avtomobil bütün müvafiq prosedurlardan keçdikdən sonra belə həmin avadanlıqlarla bağlı əlavə suallar ortaya çıxır. Nəticədə onların dəyişdirilməsi tələb olunur", - o deyib.

H.Süleymanov qeyd edib ki, tüninq zamanı həm avtomobilin, həm də yolda hərəkətin təhlükəsizliyi əsas götürülməlidir.

"Sürücülər üçün bu məsələlərin daha aydın və əvvəlcədən müəyyən edilmiş meyarlarla izah olunması yaxşı olardı. Belə olanda həm sürücü nə etdiyini bilər, həm də texniki yoxlamalar zamanı müxtəlif anlaşılmazlıqların qarşısı alınar.

Beynəlxalq praktikaya baxdıqda müxtəlif ölkələrdə avtomobilin görünüşündə və texniki hissələrində dəyişiklik etmək istəyən insanlar üçün müəyyən yanaşmalar mövcuddur. Məsələn, Rusiyada avtomobilə əlavə avadanlıq quraşdırıldıqdan sonra onun texniki baxımdan uyğunluğu ekspertlər tərəfindən qiymətləndirilə bilir. Quraşdırılan spoylerin, yayların və ya digər detalların avtomobilin təhlükəsizliyinə təsiri yoxlanılır. Uyğun olduğu halda isə həmin dəyişikliklər texniki sənədlərdə qeyd olunur. Bizdə də bu istiqamətdə daha aydın və hamı üçün başadüşülən bir mexanizmin olması həm sürücülər, həm də texniki nəzarət həyata keçirən qurumlar üçün daha rahat olardı", - o bildirib.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости