Çin maşınları bu cür təmir edilir - Çoxunun narahatlığına çarə tapılıb - VİDEO
Azərbaycanda Çin avtomobillərinin sayının artması onların təmirinə olan tələbatı da yüksəldib. Bu səbəbdən ölkəyə Çin avtomobilləri üzrə ixtisaslaşmış mühəndis və ustalar gəlir.
Day.Az xəbər verir ki, 2025-ci ildə Azərbaycana gələn çinli mühəndis Moyanın sözlərinə görə, bu avtomobillər münasib qiymət, yüksək mühərrik gücü, komfort və müasir texnologiyaları ilə seçilir. Bununla yanaşı, bəzi texniki nasazlıqlar da müşahidə olunur.
Mühəndis bildirir ki, hazırda Çin avtomobillərinin təmiri sahəsində yerli ustaların təcrübəsi Çinli mütəxəssislərlə müqayisədə daha azdır. Onun fikrincə, azərbaycanlı ustalar Çində müvafiq təlimlər keçərək təcrübə qazandıqdan sonra bu avtomobilləri peşəkar səviyyədə təmir edə biləcəklər. O, Azərbaycanda Çin təcrübəsinə əsaslanan 6S idarəetmə modelinin tətbiq olunduğunu da qeyd edir.
Servisdə Çinli ustalarla yerli müştərilər arasında ünsiyyəti isə tərcüməçi təmin edir. Çin avtomobillərinin ölkə bazarında payı artdıqca, onların texnologiyasını və dilini bilən mütəxəssislərə ehtiyac da artır. Bu əməkdaşlıq yerli ustalar üçün yeni bilik və təcrübə qazanmaq, gələcəkdə isə təmir işlərini müstəqil həyata keçirmək imkanı yaradır.
Ətraflı "İctimai TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре