https://news.day.az/azerinews/1877383.html Avtomobil saxlamaq üçün 100 min manat? Bakıda rekord qiymətə qarajlar - VİDEO Bakıda qarajlar artıq yalnız avtomobil saxlamaq üçün deyil, həm də ciddi investisiya tələb edən daşınmaz əmlak növünə çevrilib. Day.Az xəbər verir ki, paytaxtın bəzi ərazilərində bir avtodayanacaq yerinin qiyməti 20 min manatdan başlayaraq 90-100 min manatadək yüksəlir.

Avtomobil saxlamaq üçün 100 min manat? Bakıda rekord qiymətə qarajlar - VİDEO

Azərbaycanca, 26 ноября 2026 17:42 (UTC +04:00) 231
Avtomobil saxlamaq üçün 100 min manat?

Bakıda qarajlar artıq yalnız avtomobil saxlamaq üçün deyil, həm də ciddi investisiya tələb edən daşınmaz əmlak növünə çevrilib.

Day.Az xəbər verir ki, paytaxtın bəzi ərazilərində bir avtodayanacaq yerinin qiyməti 20 min manatdan başlayaraq 90-100 min manatadək yüksəlir.

Qiymətlərə qarajın yerləşdiyi ərazi, sahəsi, texniki vəziyyəti və infrastrukturu təsir göstərir. Xüsusilə sıx məskunlaşmış ərazilərdə daş qarajlar bəzən qeyri-yaşayış obyekti kimi də istifadə olunur.

Qaraj alarkən diqqət yetirilməli əsas məqamlardan biri obyektin hüquqi statusudur. Mütəxəssislər bildirirlər ki, alıcılar qarajın ilkin layihə sənədləri ilə tanış olmalı, həmin ərazinin qaraj kimi istifadəsinin müvafiq dövlət qurumu tərəfindən təsdiqləndiyini yoxlamalıdırlar.

Xüsusilə köhnə qarajlarda mülkiyyət sənədlərinin mövcudluğu, torpaq sahəsinə dair hüquqlar və gələcəkdə söküntü ehtimalı araşdırılmalıdır. Beləliklə, qaraj alarkən yalnız qiyməti deyil, hüquqi sənədləri də diqqətlə yoxlamaq vacibdir. Bu, gələcəkdə yarana biləcək problemlərin qarşısını almağa kömək edə bilər.

Ətraflı "AzTV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости