https://news.day.az/azerinews/1877093.html Şəkidə üçəm dünyaya gəlib Şəki Perinatal Mərkəzində üçəm dünyaya gəlib. Day.Az xəbər verir ki, bu barədə Şəki Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb. Bildirilib ki, 2002-ci il təvəllüdlü qadın hamiləliyinin 31-ci həftəsində, noyabrın 5-də xəstəxananın Doğum şöbəsinə yerləşdirilib.

Şəkidə üçəm dünyaya gəlib

Azərbaycanca, 25 ноября 2026 17:41 (UTC +04:00) 186
Şəkidə üçəm dünyaya gəlib

Şəki Perinatal Mərkəzində üçəm dünyaya gəlib.

Day.Az xəbər verir ki, bu barədə Şəki Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Bildirilib ki, 2002-ci il təvəllüdlü qadın hamiləliyinin 31-ci həftəsində, noyabrın 5-də xəstəxananın Doğum şöbəsinə yerləşdirilib. Pasiyent üzərində aparılan qeysəriyyə əməliyyatı nəticəsində üç oğlan uşağı dünyaya gəlib.

Körpələrin doğum çəkiləri müvafiq olaraq 1600, 1700 və 1800 qram olub.

Doğuşdan sonra yenidoğulmuşlar intensiv terapiya bölməsinə yerləşdirilərək zəruri tibbi yardım və müalicə ilə təmin ediliblər.

Aparılan müalicə və tibbi nəzarətdən sonra körpələrin vəziyyəti qənaətbəxş qiymətləndirilib və onlar noyabrın 23-də evə buraxılıblar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости