https://news.day.az/azerinews/1877044.html Bölgələrdə otel və kotteclər neçəyədir? - Rezervasiyalar artır- VİDEO Havaların soyuması ilə bölgələrdə qış turizminə maraq artır. Qar mənzərəsi, dağ havası və təbiətin qoynunda istirahət etmək istəyənlər İsmayıllı və Şəki kimi rayonlara üz tuturlar. Day.Az xəbər verir ki, istirahət məkanlarında həm otel, həm də kotteclər üçün rezervasiyalara başlanılıb.

Bölgələrdə otel və kotteclər neçəyədir? - Rezervasiyalar artır- VİDEO

Azərbaycanca, 25 ноября 2026 15:32 (UTC +04:00) 198
Bölgələrdə otel və kotteclər neçəyədir?

Havaların soyuması ilə bölgələrdə qış turizminə maraq artır. Qar mənzərəsi, dağ havası və təbiətin qoynunda istirahət etmək istəyənlər İsmayıllı və Şəki kimi rayonlara üz tuturlar.

Day.Az xəbər verir ki, istirahət məkanlarında həm otel, həm də kotteclər üçün rezervasiyalara başlanılıb.

İsmayıllıda iki nəfərlik otaqların qiyməti 80 manatdan, kotteclərin qiyməti isə qonaq sayından və təqdim olunan xidmətlərdən asılı olaraq 70 manatdan başlayır. Qiymətlərə bəzi məkanlarda səhər yeməyi, hovuz, sauna və spa xidmətləri də daxildir.

Şəkidə də Yeni il və qış tətili üçün rezervasiyalar artır. İsti hovuzlu 8-9 nəfərlik evlərin gündəlik qiyməti 200 manat, hovuzsuz evlərin qiyməti isə 170 manat təşkil edir. Bayram günlərində qiymətlərin 250-300 manata qədər yüksəlməsi gözlənilir. Villa tipli evlər 200-350 manat, sadə fərdi evlər isə 150-250 manat arasında təklif olunur. Otellərdə iki nəfərlik otaqların qiyməti isə əsasən 90-110 manat civarındadır.

Turizm obyektlərinin nümayəndələrinin sözlərinə görə, ötən illə müqayisədə qiymətlərdə ciddi artım yoxdur. Bununla belə, qış mövsümündə istilik, elektrik və su təminatı kimi xərclər sahibkarlar üçün əlavə çətinliklər yaradır. Qış turizminin inkişafı üçün isə münasib qiymətlərlə yanaşı, xidmət keyfiyyətinin yüksəldilməsi, infrastrukturun yaxşılaşdırılması və bölgələrin turizm potensialının daha geniş tanıdılması vacibdir.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости