https://news.day.az/azerinews/1877204.html Yevlaxda TIR mikroavtobusla toqquşub - Ölənlər var Yevlax rayonunda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Day.Az Trend-ə istinadən xəbər verir ki, qəza Bakı-Qazax avtomagistralının rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Yevlaxda TIR mikroavtobusla toqquşub - Ölənlər var

Azərbaycanca, 26 ноября 2026 10:11 (UTC +04:00) 229
Yevlaxda TIR mikroavtobusla toqquşub

Yevlax rayonunda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, qəza Bakı-Qazax avtomagistralının rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı kiçik tutumlu sərnişin avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində "Mercedes Vito"nun sürücüsü, 1955-ci il təvəllüdlü Qazax rayon sakini Altay Qasımov avtomobildə sıxılmış vəziyyətdə qalaraq hadisə yerində həyatını itirib.

Avtomobildə olan sərnişin, 1978-ci il təvəllüdlü Şəmkir rayon sakini İsmət Qasımov isə müxtəlif dərəcəli xəsarətlərlə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости