https://news.day.az/azerinews/1877135.html Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir Azərbaycan mobil internetin orta yükləmə sürətinə görə dünyada 47-ci yerdə qərarlaşıb. Ölkədə bu göstərici 98,9 Mbit/s təşkil edir. "Visual Capitalist" nəşrinin dərc etdiyi reytinqə əsasən, mobil internetin sürətinə görə, dünyada ilk sırada 681,1 Mbit/s göstərici ilə Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb.

Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir

Azərbaycanca, 25 ноября 2026 20:12 (UTC +04:00) 214
Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir

Azərbaycan mobil internetin orta yükləmə sürətinə görə dünyada 47-ci yerdə qərarlaşıb. Ölkədə bu göstərici 98,9 Mbit/s təşkil edir.

"Visual Capitalist" nəşrinin dərc etdiyi reytinqə əsasən, mobil internetin sürətinə görə, dünyada ilk sırada 681,1 Mbit/s göstərici ilə Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb. İkinci yerdə Qətər (526,4 Mbit/s), üçüncü yerdə isə Küveyt (410,8 Mbit/s) yer alıb.

 

Reytinqdə Gürcüstan 147,5 Mbit/s göstərici ilə 21-ci, Türkiyə 129,4 Mbit/s ilə 32-ci, Azərbaycan 98,9 Mbit/s ilə 47-ci, Ermənistan isə 75,9 Mbit/s ilə 60-cı yerdədir.

Beləliklə, Azərbaycan mobil internetin orta yükləmə sürətinə görə regionun qonşu ölkələri arasında Türkiyə və Gürcüstandan geri, Ermənistandan isə öndə qərarlaşıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости