https://news.day.az/azerinews/1877136.html Azərbaycan və Özbəkistan parlamentləri arasında “Yol xəritəsi” imzalanıb - FOTO Bu gün İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu çərçivəsində Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi arasında "Parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi üzrə 2027-2028-ci illər üçün praktiki tədbirlər planı"nın ("Yol xəritəsi") imzalanması mərasimi keçirilib.

Azərbaycan və Özbəkistan parlamentləri arasında “Yol xəritəsi” imzalanıb - FOTO

Azərbaycanca, 25 ноября 2026 20:18 (UTC +04:00) 198
Azərbaycan və Özbəkistan parlamentləri arasında “Yol xəritəsi” imzalanıb

Bu gün İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu çərçivəsində Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi arasında "Parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi üzrə 2027-2028-ci illər üçün praktiki tədbirlər planı"nın ("Yol xəritəsi") imzalanması mərasimi keçirilib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sənədi Azərbaycan tərəfdən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfdən isə Ali Məclis Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.

"Yol xəritəsi" iki ölkənin qanunverici orqanları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsini, qanunvericilik fəaliyyəti, habelə parlament diplomatiyası və digər prioritet istiqamətlərdə təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.

  • Azərbaycan və Özbəkistan parlamentləri arasında “Yol xəritəsi” imzalanıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости