https://news.day.az/azerinews/1877484.html “PAŞA Sığorta” və Toyota-dan ilin son təklifi! Toyota Bakı Mərkəzi və "PAŞA Sığorta" avtomobil sahibləri üçün ilin sonunadək davam edəcək xüsusi kampaniyaya start verir. Kampaniya çərçivəsində Toyota Bakı Mərkəzinin stokunda olan avtomobilləri əldə edən müştərilər "PAŞA Sığorta"dan 1,69% xüsusi tariflə Tam KASKO sığortası əldə edə biləcəklər.

“PAŞA Sığorta” və Toyota-dan ilin son təklifi!

Azərbaycanca, 27 ноября 2026 10:22 (UTC +04:00) 240
“PAŞA Sığorta” və Toyota-dan ilin son təklifi!

Toyota Bakı Mərkəzi və "PAŞA Sığorta" avtomobil sahibləri üçün ilin sonunadək davam edəcək xüsusi kampaniyaya start verir. Kampaniya çərçivəsində Toyota Bakı Mərkəzinin stokunda olan avtomobilləri əldə edən müştərilər "PAŞA Sığorta"dan 1,69% xüsusi tariflə Tam KASKO sığortası əldə edə biləcəklər.

Təklifə əsasən, avtomobilinin dəyəri minimum 33 500 AZN olan müştərilər KASKO sığortasını 566 AZN-dən başlayan qiymətlə əldə edə bilərlər. Bundan əlavə, cəmi 75 AZN əlavə ödəniş etməklə sığorta haqqını 10 ayadək hissəli şəkildə ödəmək imkanı, ödənişsiz evakuasiya xidməti, təmir müddətində ödənişsiz taksi xidməti və digər əlavə imtiyazlara da sahib ola bilərsiniz.

Bu əməkdaşlıq müştərilərə yalnız arzuladıqları Toyota avtomobilini daha əlverişli şərtlərlə əldə etmək deyil, həm də avtomobillərini qəza hadisəsi, atılmış/düşmüş əşya, yanğın, partlayış, təbii fəlakət, oğurluq və bu kimi digər gözlənilməz risklərə qarşı sığortalamaq imkanı yaradır.

Kampaniya 31 dekabr 2026-cı il tarixinədək davam edəcək və Toyota Bakı, Toyota Abşeron, Toyota Gəncə avtosalonlarından alınan avtomobillərə şamil edilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости