https://news.day.az/azerinews/1877584.html Türkiyədə irimiqyaslı narkotik əməliyyatı: 1800 nəfərdən çox saxlanılan var Türkiyənin 73 vilayətində son iki həftə ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən koordinasiya olunmuş əməliyyatlar nəticəsində 2,7 ton narkotik vasitə və 1,9 milyondan çox narkotik tərkibli həb müsadirə edilib. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Türkiyədə irimiqyaslı narkotik əməliyyatı: 1800 nəfərdən çox saxlanılan var

Azərbaycanca, 27 ноября 2026 13:35 (UTC +04:00) 287
Türkiyədə irimiqyaslı narkotik əməliyyatı:

Türkiyənin 73 vilayətində son iki həftə ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən koordinasiya olunmuş əməliyyatlar nəticəsində 2,7 ton narkotik vasitə və 1,9 milyondan çox narkotik tərkibli həb müsadirə edilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyatlara 2 431 qrup, 3 889 əməkdaş, 10 hava nəqliyyatı vasitəsi və 35 narkotik aşkarlayan it cəlb olunub.

Ümumilikdə 1 870 şübhəli saxlanılıb, onlardan 1 017-si barəsində həbs qətimkan tədbiri seçilib, 291 nəfər isə yazılı iltizamnamənin alınmasından sonra şərti sərbəst buraxılıb .

Nazirlik narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости