Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - VİDEO
Ev şəraiti ilə stansiyalar arasında şarj edilən avtomobillərin yürüşündə 20-30 kilometr fərq yaranır.
Day.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət son illərdə marağın artdığı elektromobil və ya plagin hibrid avtomobillərindən gedir.
Elektromobil sahibləri üçün şarj üsulu artıq sadəcə rahatlıq məsələsi deyil. Bu, birbaşa gündəlik xərcə və avtomobilin istifadəsinə təsir edən amildir. Mütəxəssis Daşqın Əliyev deyib ki, xüsusilə evdə şarj imkanı olan sürücülər üçün bu üsul daha çox üstünlük yarada bilər.
Burada kilometrajla yanaşı, qiymət baxımından da ev şəraitində şarj etmək daha əlverişlidir.
Mütəxəssisin sözlərinə görə, avtomobilin batareya tutumu və modelindən asılı olaraq bir tam şarj ev şəraiti ilə elektrik doldurma stansiyası arasında 5-7 manat fərq yaradır.
Daşqın Əliyevin fikirlərindən belə aydın olur ki, bu tip nəqliyyat vasitəsi istifadə edənlər üçün evdə şarj etmək daha az xərc deməkdir.
Amma bunun üçün ayrıca xətt çəkilməli, elektrik lövhəsi qurulmalı, torpaqlama veriləmlidir ki, təhlükəsizlik tam təmin edildisin.
Daha ətraflı videomaterialı təqdim edirik.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре