https://news.day.az/azerinews/1861999.html Qanunsuz avtomat silah əldə edən şəxs SAXLANILDI Bərdədə qanunsuz olaraq odlu silah və sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən rayon sakini Y. Fətullazadə saxlanılıb. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Qanunsuz avtomat silah əldə edən şəxs SAXLANILDI

Azərbaycanca, 23 сентября 2026 12:48 (UTC +04:00) 205
Qanunsuz avtomat silah əldə edən şəxs

Bərdədə qanunsuz olaraq odlu silah və sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən rayon sakini Y. Fətullazadə saxlanılıb.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı onun qanunsuz yolla əldə etdiyi silah və sursatı satmaq niyyətində olduğu müəyyən edilib.

Həmin şəxsdən bir ədəd "Kalaşnikov" avtomatı, patron darağı və 29 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости