Azərbaycan və Şimali Kipr XİN rəhbərləri regional məsələləri müzakirə ediblər - FOTO
Azərbaycan və Şimali Kipr XİN rəhbərləri regional məsələləri müzakirə ediblər.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşımında qeyd edilib.
Bildirilib ki, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.
Nazirlər ikitərəfli təmaslar və çoxtərəfli formatlar da daxil olmaqla mühüm dialoq məsələləri barədə fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun əhəmiyyəti vurğulanıb, qarşıdakı TDT Zirvə görüşünə hazırlıq da daxil olmaqla, türk dünyası çərçivəsində çoxtərəfli koordinasiyanın və birgə təşəbbüslərin genişləndirilməsinin vacibliyi qeyd edilib.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlərə toxunublar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре