https://news.day.az/azerinews/1862486.html Xəzərdə suyun azalması bu sahələr üçün risklər yaradıb - VİDEO Xəzər dənizinin səviyyəsi son 20 ildən artıq müddətdə əhəmiyyətli dərəcədə azalıb və bu proses davam edir. Əsas səbəblər sırasında iqlim dəyişmələri, temperaturun yüksəlməsi, buxarlanmanın artması, su ehtiyatlarının azalması və çay axınlarının zəifləməsi göstərilir.

Xəzərdə suyun azalması bu sahələr üçün risklər yaradıb - VİDEO

Azərbaycanca, 25 сентября 2026 11:31 (UTC +04:00) 204
Xəzərdə suyun azalması bu sahələr üçün risklər yaradıb

Xəzər dənizinin səviyyəsi son 20 ildən artıq müddətdə əhəmiyyətli dərəcədə azalıb və bu proses davam edir. Əsas səbəblər sırasında iqlim dəyişmələri, temperaturun yüksəlməsi, buxarlanmanın artması, su ehtiyatlarının azalması və çay axınlarının zəifləməsi göstərilir.

Day.Az xəbər verir ki, dəniz səviyyəsinin aşağı düşməsi sahil xəttinin dəyişməsi ilə yanaşı, liman və dəniz nəqliyyatına, balıqçılığa, kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə də təsir göstərir. Su səviyyəsinin azalması ekosistemə zərər vurur, balıq və suitilər kimi canlıların yaşayış mühitini dəyişir.

Mütəxəssislər problemin qarşısının alınması üçün çay hövzələrində su ehtiyatlarının daha səmərəli idarə olunmasını və Xəzərə kifayət qədər ekoloji su buraxılmasını vacib hesab edirlər. Bunun üçün Xəzəryanı dövlətlərin birgə və koordinasiyalı fəaliyyət göstərməsi mühüm əhəmiyyət daşıyır.

Ətraflı "AzTV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости