https://news.day.az/azerinews/1876521.html Bakıda tikinti zamanı yaşıllıqlara 3 min manatdan çox ziyan vurulub Bakının Xətai rayonunda obyekt tikintisi zamanı 1 şam tingi və 6 nar kolu məhv edilib. Day.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bakıda tikinti zamanı yaşıllıqlara 3 min manatdan çox ziyan vurulub

Azərbaycanca, 23 ноября 2026 17:44 (UTC +04:00) 195
Bakıda tikinti zamanı yaşıllıqlara 3 min manatdan çox ziyan vurulub

Bakının Xətai rayonunda obyekt tikintisi zamanı 1 şam tingi və 6 nar kolu məhv edilib.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, Məzahir Rüstəmov küçəsi 15 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Araşdırma zamanı ərazidə obyekt tikintisi aparılarkən 1 şam tingi və 6 nar kolunun məhv edildiyi, təbiətə 3 360 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı obyektin sahibi Elməddin Aslanov barəsində akt tərtib edilib və onun cərimələnməsi istiqamətində qanunamüvafiq tədbirlər görülür.

Eyni zamanda, məhv edilmiş yaşıllıqların əvəzinə ərazidə 5 sərv ağacı əkilib, onlara identifikasiya etiketləri vurularaq "agac.az" portalında yerləşdirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости