Bu əşyalara tələbat artıb - SƏBƏB NƏDİR? - VİDEO
Sosial şəbəkələrdə ikinci əl əşyaların satışına maraq artır. Qiymətlərin yüksəlməsi fonunda bir çox ailə, tələbə və kirayədə yaşayanlar mebel və məişət texnikasını daha münasib qiymətə almaq üçün ikinci əl bazarına üz tutur. Digər tərəfdən, evini təmir edən və ya köçən şəxslər istifadə etdikləri əşyaları satışa çıxararaq əlavə gəlir əldə edirlər.
Day.Az xəbər verir ki, satıcıların sözlərinə görə, ən çox yataq dəstləri, divan, masa, stul, soyuducu və paltaryuyan maşınlara tələbat var.
Əşyalar əvvəlcə yoxlanılır, təmizlənir, zəruri hallarda təmir olunur və yenidən satışa çıxarılır. Köhnə model, yararsız və təmiri baha başa gələn məhsullar isə alıcı marağı az olduğu üçün qəbul edilmir. İkinci əl məhsulların qiyməti yeniləri ilə müqayisədə bəzən iki-üç dəfə ucuz olur.
İqtisadçı ekspert Fuad İbrahimovun fikrincə, ikinci əl bazarının genişlənməsinə əsas səbəblərdən biri əhalinin alıcılıq qabiliyyəti və kirayə mənzil bazarındakı tələbatdır. Rəqəmsal platformalar isə alıcı və satıcıların bir araya gəlməsini asanlaşdırır. Beləliklə, əvvəllər istifadə olunmuş əşyalar bu gün həm büdcəyə qənaət etmək istəyənlər, həm də əlavə gəlir əldə etməyə çalışanlar üçün əlverişli seçimə çevrilib.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре