https://news.day.az/azerinews/1876631.html Sürücülk hüququ olmayan şəxs qəza törətdi - Yaralananlar var - VİDEO Ötən gün saat 13:11  radələrində Tovuz rayonunun Yanıqpəyə kəndi ərazisində Gədəbəy rayon sakini Şakir Hüseynovun sürücülük hüququ olmadan idarə etdiyi "VAZ" markalı avtomobil yoldan çıxaraq su kanalına aşıb. Day.Az xəbər verir ki, qəza nəticəsində Ş.Hüseynov hadisə yerində həyatını itirib.

Sürücülk hüququ olmayan şəxs qəza törətdi - Yaralananlar var - VİDEO

Azərbaycanca, 24 ноября 2026 10:12 (UTC +04:00) 219
Sürücülk hüququ olmayan şəxs qəza törətdi

Ötən gün saat 13:11  radələrində Tovuz rayonunun Yanıqpəyə kəndi ərazisində Gədəbəy rayon sakini Şakir Hüseynovun sürücülük hüququ olmadan idarə etdiyi "VAZ" markalı avtomobil yoldan çıxaraq su kanalına aşıb.

Day.Az xəbər verir ki, qəza nəticəsində Ş.Hüseynov hadisə yerində həyatını itirib.

Avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı Püstə və oğlu Xəyal Hüseynovlar, gəlini, eləcə də 4 və 2 yaşlarında iki nəvəsi xəstəxanaya çatdırılıblar.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

İlkin ehtimala görə hadisəyə səbəb yola nabələd olan Ş.Hüseynovun sərt döngədə manevretmə zamanı sürət həddini düzgün seçə bilməməsi göstərilir.

Baş Dövlət Yol Polisi İdarəsi yüksək sürətin, habelə səriştəsiz şəxslərin sükan arxasına əyləşməsinin ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, bununla yanaşı sürücüləri yol və hava şəraitini hər zaman nəzərə almağa, yola nabələd olduqda daha da ehtiyatlı davranmağa çağırır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости