https://news.day.az/azerinews/1876643.html Nəm bu avtomobillərə daha çox zərər verir - Sürücülərə XƏBƏRDARLIQ - VİDEO Elektromobillərə marağın artması ilə yanaşı, onların ən vacib və bahalı hissələrindən biri olan batareyaların istismar müddəti və dəyişdirilməsi məsələsi də aktuallaşır. Day.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, batareyaların sıradan çıxmasına həddindən artıq qızma, düzgün şarj edilməməsi və nəmişlik təsir göstərir.

Nəm bu avtomobillərə daha çox zərər verir - Sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Azərbaycanca, 24 ноября 2026 10:44 (UTC +04:00) 202
Nəm bu avtomobillərə daha çox zərər verir

Elektromobillərə marağın artması ilə yanaşı, onların ən vacib və bahalı hissələrindən biri olan batareyaların istismar müddəti və dəyişdirilməsi məsələsi də aktuallaşır.

Day.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, batareyaların sıradan çıxmasına həddindən artıq qızma, düzgün şarj edilməməsi və nəmişlik təsir göstərir. Batareyaların orta istismar müddəti təxminən 10 il olsa da, bu müddət istifadə qaydalarından asılı olaraq dəyişə bilər.

Mütəxəssislər bildirirlər ki, batareyanın ömrünü uzatmaq üçün sürətli şarjdan mümkün qədər az istifadə edilməli, ev şəraitində daha yavaş enerji doldurulmasına üstünlük verilməlidir. Çünki sürətli şarj batareyanın daha tez köhnəlməsinə səbəb ola bilər. Digər problem isə istifadəyə yararsız batareyaların utilizasiyasıdır. Bu sahədə müvafiq mexanizmlərin olmaması köhnə batareyaların düzgün şəkildə zərərsizləşdirilməsini çətinləşdirir.

Batareyaların dəyişdirilməsi də elektromobil sahibləri üçün ciddi xərc yaradır. Ustanın sözlərinə görə, xaricdən, əsasən Çindən gətirilən yeni batareyaların qiyməti 4-5 min dollar təşkil edir. Nəqliyyat xərcləri ilə birlikdə bu məbləğ daha da artır. Batareyanın çəkisi də daşınma xərcinə təsir göstərir.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости