https://news.day.az/azerinews/1862562.html Qara dənizdən yükdaşımalarının təhlükəsizliyi ilə bağlı Rusiya və Ukrayna ilə əməkdaşlıq edirik - Ərdoğan Türkiyə hakimiyyəti Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirir və bu məqsədlə Rusiya və Ukrayna ilə fəal əməkdaşlıq edir. Day.Az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Amerikanın "Newsweek" jurnalına müsahibəsində bildirib.

Qara dənizdən yükdaşımalarının təhlükəsizliyi ilə bağlı Rusiya və Ukrayna ilə əməkdaşlıq edirik - Ərdoğan

Azərbaycanca, 25 сентября 2026 14:38 (UTC +04:00) 192
Qara dənizdən yükdaşımalarının təhlükəsizliyi ilə bağlı Rusiya və Ukrayna ilə əməkdaşlıq edirik

Türkiyə hakimiyyəti Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirir və bu məqsədlə Rusiya və Ukrayna ilə fəal əməkdaşlıq edir.

Day.Az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Amerikanın "Newsweek" jurnalına müsahibəsində bildirib.

"Bu gün biz Qara dənizdə təhlükəsizliyə xüsusi əhəmiyyət veririk. Hərbi əməliyyatların mülki gəmiçiliyə, ticarət yollarına və enerji infrastrukturuna toxunmamasını təmin etmək üçün tərəflərlə qarşılıqlı əlaqələrimizi davam etdiririk", - deyə o qeyd edib.

Qeyd edək ki, bundan bir gün əvvəl Türkiyə lideri çıxışında Hörmüz boğazında gəmilərin sərbəst keçidinin təmin olunmasının zəruriliyini vurğulamışdı.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости