https://news.day.az/azerinews/1862611.html Çantanı marketə təhvil verənlər DİQQƏT! - Əşyanız itərsə nə etməlisiniz? Bir sıra marketlərdə giriş hissədə vətəndaşların əl yükünü, yaxud çantalarını qoyması üçün yerlər hazırlanır. Lakin burada itən və ya başına hər hansı hadisə gələn əşyalara görə marketin məsuliyyət daşımadığı bildirilir. Bu cür hallarda vətəndaşların nə etməli olduğu maraq yaradan məsələdir.

Çantanı marketə təhvil verənlər DİQQƏT! - Əşyanız itərsə nə etməlisiniz?

Azərbaycanca, 25 сентября 2026 16:35 (UTC +04:00) 217
Çantanı marketə təhvil verənlər DİQQƏT!

Bir sıra marketlərdə giriş hissədə vətəndaşların əl yükünü, yaxud çantalarını qoyması üçün yerlər hazırlanır. Lakin burada itən və ya başına hər hansı hadisə gələn əşyalara görə marketin məsuliyyət daşımadığı bildirilir. Bu cür hallarda vətəndaşların nə etməli olduğu maraq yaradan məsələdir.   

Day.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bəzən belə hallarda əşyaların itməsi və ya oğurlanması ilə bağlı problemlər yaşanır. 

O, bildirib ki, vətəndaşların marketə daxil olarkən onların çantalarının və əlyüklərinin alınıb saxlanılması, lakin bu əşyaların qorunmasına görə heç bir məsuliyyət daşınmaması ilə bağlı davamlı olaraq müraciətlər alır.

"Bəzən belə hallarda əşyaların itməsi və ya oğurlanması ilə bağlı problemlər yaşanır. Əsas məsələ də budur ki, bu kimi hallarda kim nəzarət etməli, kim məsuliyyət daşımalı və istehlakçı öz əşyasının içərisindən hər hansı bir əşyanın itdiyini və ya oğurlandığını necə sübut etməlidir?

Çox təəssüf ki, məsələnin konkret şəkildə tənzimlənməsi ilə bağlı aydın qaydalar yoxdur. Belə hallarda istehlakçı problemlə üzləşdikdə dövlət orqanlarına müraciət edilir. Lakin bəzən bildirirlər ki, sahibkar öz ərazisində istehlakçılarla necə davranacağını özü müəyyən edə bilər. Bu mövqe ilə qətiyyən razı deyilik. Burada mütləq konkret qaydalar müəyyənləşdirilməli, istehlakçının əşyalarının təhlükəsizliyinə görə məsuliyyət məsələsi dəqiq tənzimlənməlidir," - o deyib. 

E.Hüseynov vurğulayıb ki, bəzi ölkələrdə marketlərdə istehlakçıların çantaları ümumiyyətlə alınıb saxlanılmır.

"Sadəcə çantanın açılan hissəsinə xüsusi bərkidici vasitə taxılır. İstehlakçı həmin vasitəni kassada və ya çıxışda aça bilir. Belə üsullar həm istehlakçının hüquqlarının qorunmasına, həm də oğurluq hallarının qarşısının alınmasına xidmət edir. Eynilə ölkəmizdəki marketlərdə də bu sahədə konkret qaydalar olmalıdır. Məsuliyyət mexanizmi müəyyənləşdirilməli və məsələ düzgün tənzimlənməlidir", - o bildirib.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости