https://news.day.az/autonews/1704402.html Bu maşınlar kəskin ucuzlaşdı - FOTO Avtomobil bazarında durğunluq müşahidə olunur. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bir zamanların ən çox alınıb-satılan modellərinə maraq kəskin azalıb. Mühərrik həcmi yuxarı olan bəzi avtomobillərə yaxın duran yoxdur. Ekonom avtomobillərin də alıcıları daha ekonom olan elektromobillərə yönəlib.

Bu maşınlar kəskin ucuzlaşdı - FOTO

Автоновости, 5 ноября 2024 15:59 (UTC +04:00) 1 210
Bu maşınlar kəskin ucuzlaşdı

Avtomobil bazarında durğunluq müşahidə olunur.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bir zamanların ən çox alınıb-satılan modellərinə maraq kəskin azalıb. Mühərrik həcmi yuxarı olan bəzi avtomobillərə yaxın duran yoxdur. Ekonom avtomobillərin də alıcıları daha ekonom olan elektromobillərə yönəlib.

Şəhərdə tıxacların artması sürücülərin ənənəvi yanacaq növlərindən istifadədən imtinası ilə nəticələnir. Həm dizelin bahalaşması, həm Ai-92-nin hibrid və elektromobillərə marağın artmasına səbəb olub. Artıq sürücülər saatlarla tıxaclarda boş yerə benzin yandırmaqdansa hibrid və ya elektromobillə bu itkini 0-a endirməyə çalışırlar.

Çin istehsalı olan təzə "BYD"lərin 22-23 min manata Bakıya gətirilməsi avtomobil bazarında bütün sistemi "alt-üst" edib. Belə ki, 100 km üçün 3-4 litr benzin sərfiyyatı olan bu maşın ekonomluqda hətta, "Prius"u belə geridə qoyub. Avtomobilin yenisinin bu qiymətə olması ili köhnə avtomobillərə marağın kəskin azalmasına səbəb olub.

 

"Hyundai elantra", "Kia Rio", "Kia Cerato" və başqa bu kimi dizel və ya benzin mühərrikli yüngül həcmli maşınlar hazırda avtomobil bazarında qiyməti kəskin düşən avtomobillər sırasındadır.

Bazardakı vəziyyətə baxmayaraq avtomobildə performansa üstünlük verənlər yenə də mühərriki böyük həcmli Mercedes, BMW almağa davam edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости